RU
Avstraliyada NƏHƏNG GÜVƏ tapıldı
16:10
371

Avstraliyada NƏHƏNG GÜVƏ tapıldı

Avstraliyanın Brisben şəhərinin Kemp-Mauntin kəndində nəhəng güvə aşkarlanıb. Onun ölçüləri yumruqdan da böyükdür və görənləri heyrətləndirir.

7News.Az esoreiter.ru-ya istinadən xəbər verir ki, güvənin fotosu "Amateur Entomology Australia" cəmiyyətinin "Facebook" səhifəsində paylaşılıb.

 

Şəkildə "Endoxyla cinereus" adlanan meşə güvəsinin olduğu iddia edilir.

Bu, dünyanın ən ağır kəpənəyi sayılır. Qanadlarının uzunluğu 25 santimetrə, bədən uzunluğu isə 15 santimetrə çatır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ