RU
Avstriya vətəndaşı İranda həbs olunub
22:30
80

Avstriya vətəndaşı İranda həbs olunub

Avstriya Xarici İşlər Nazirliyi bugünkü bəyanatında vətəndaşlarından birinin İranda həbs edildiyini bildirərək, İran rəsmilərindən bunun səbəblərini aydınlaşdırmağı istəyib.

Avstriya XİN onun həbsinin İrandakı etirazlarla heç bir əlaqəsinin olmadığını bildirib.

İran hakimiyyəti Avstriya vətəndaşının həbsini təsdiqləyib: "Biz Tehran rəsmilərindən onun həbsi prosesinə aydınlıq gətirmələrini xahiş edirik".

Qeyd edək ki, İrandakı son etirazlara görə 14 fərqli ölkənin vətəndaşları saxlanılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşı da var./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ