RU
Çavuşoğlu Lavrovla Ukraynadan taxıl ixracı üçün dəhlizin açılmasını müzakirə edəcək
20:00
173

Çavuşoğlu Lavrovla Ukraynadan taxıl ixracı üçün dəhlizin açılmasını müzakirə edəcək

Dənizdə olan minaları təmizləyərək və bununla təhlükəsiz bir dəhliz açaraq, Ukraynadan taxılın gəmilərlə ehtiyacı olan ölkələrə ixrac edilməsi üçün çalışırıq.

7NEWS.Az xəbər veriri ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyə bu istiqamətdə BMT, Rusiya və Ukrayna ilə birlikdə danışıqlar aparır.

Onun sözlərinə görə, bu mövzuda rəqabət yolverilməz olsa da, hər kəs Türkiyənin açar ölkə olduğunu görür və ona müraciət edir.

O, iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri çərçivəsində də bu dəhlizin açılması, Rusiya və Ukrayna mallarının ixracatı mövzusunun müzakirə olunacağını deyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ