Narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə bağlı törətdiyi cinayətə görə vətəndə axtarışda olan Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəd-keçid məntəqəsində saxlanılıb.
7News.Az xəbər verir ki, bununla bağlı Ukraynanın "Qrad” nəşri məlumat yayıb.
Onun axtarışda olması "Starokazaç” keçid məntəqəsində yoxlanış zamanı aydınlaşıb. 35 yaşlı azərbaycanlı sentyabrdan axtarışa verilib və "İnterpol” bazasına daxil edilib. Qanun pozucusu polis əməkdaşlarına təhvil verilib.

7News.Az








