7News.az xəbər verir ki, mərhum xalq artistinə prodüser Tarix Əliyevin (Tolik) təşkilatçılığı ilə "Təzə Pir" məscidində yas mərasimi keçirilir.
Tolik İ.Quliyevanın il mərasiminə bir çox məşhurların gəlməməsindən gileylənib. O bildirib ki, İ.Quliyevanın sağlığında onun yanından ayrılmayan bəzi sənət adamları il mərasiminə qatılmayıb:
"Mənim İlhamə Quliyevaya borcum yoxdur, ona yalnız vəfa borcum var. Çünki məni Röyayla o tanış edib. Gördüyünüz kimi, İ.Quliyevanın yasına az adam gəlib. Onların içərisində şou-biznes nümayəndələri barmaqla sayılacaq qədərdir. Burdan həmin sənət adamlarına üzümü tutub deyirəm: Guya siz ölməyəcəksiniz? İlhamə Quliyeva sağ olanda ad günü mərasimləri təşkil edirdi. Hamı mənə yalvarırdı ki, nə olar, İlhamə xanım məni də çağırsın da. İndi elə deyənlərin çoxu yasa gəlməyib".
Tolik sənət yoldaşlarının mərhum xalq artistinin yas mərasiminə qatılmamağından çox kədərlənib:
"İnanın, qorxuram. Fikirləşirəm ki, mən öləndə də belə olacaq? Şou-biznes adamlarına yaxşılıq yoxdur, vallah".
Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın il mərasimində Xatun Əliyeva, Günay İbrahimli, Elt Star Cəmilə, Firuzə İbadova kimi məşhurlar iştirak edib.//big
7News.az















