RU
Ayan video paylaşdı, Cavid
15:40
491

Ayan video paylaşdı, Cavid "Ondansa qazan kotleti bişirin, paylaşın" yazdı - VİDEO

Məşhur müğənni Ayan Babakişiyeva yeni video paylaşıb.

BiG.AZ xəbər verir ki, müğənni evdə qalaraq pozitiv olmağa çalışdığına görə yeni həştəqlə video paylaşıb. Əllərinin rəqsi ilə diqqətləri cəlb edən görüntülərə izləyicilərlə yanaşı sənət dostları da şərhlər yazıblar. Aparıcı Cavid Gülün diqqət çəkən şərhində "Ondansa qazan kotleti bişirin, paylaşın" yazılıb.

Videonu "Bizim komanda. Nə deyirsiniz?" şərhini yazaraq paylaşan Ayan, estafeti sənət dostlarına da ötürüb. Estafetdə qeyd olunan adlara görə, növbəti videonun Nadir Qafarzadə, Zümrüd Bədəlova, Sevda Yəhyayeva, Sevil və Sevinc bacıları, Vüsalə Əlizadə, Afaq Gəncəli, Tarix Əliyevdən olacağı gözlənilir.

Qeyd edək ki, bu videonu ilk çəkən Türkiyənin məşhur aktrisası Fahriye Evcən olub. Ayanın paylaşımına şərh yazan izləyicilər də bunu qeyd ediblər.

Sözügedən videonu təqdim edirik:

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ