7News.Az xəbər verir ki, uzun müddətdir ki, sosial şəbəkələrdə paylaşımlarına fasilə verən İlqarə instaqramda yeni şəkil paylaşıb. Qara çorab və dikdaban ayaqqabı geyərək çəkdirdiyi fotoda ayaqlarını nümayiş etdirib.
İlqarənin izləyici kütləsi fotoya şərh yazaraq tənqid ünvanlayıblar.

İzləyicilər "Belə şəkilləri adam sevgilisinə göndərər, bura çıxarmaz", "Qaldırıb alt paltarını da çəkərdin, onu da görərdik", "Deyəsən, əli dəyib" kimi kommentlərlə İlqarəni tənqid atəşinə tutublar.
Xatırladaq ki, İlqarə Kazımova anasının sənət yolunu davam etdirmək istədiyini desə də, bir neçə mahnı ifa etdikdən sonra müğənnilik karyerasından uzaqlaşıb. Qapalı həyat tərzi sürən İlqarə tədbirlərə və efirlərə qatılmamağa üstünlük verir.
7News.Az








