RU
AYBƏNİZ HAŞIMOVANIN “O SES TÜRKİYE”Nİ HEYRAN QOYAN TƏLƏBƏSİ MEDİA QARŞISINDA – FOTOSESSİYA
18:38
2502

AYBƏNİZ HAŞIMOVANIN “O SES TÜRKİYE”Nİ HEYRAN QOYAN TƏLƏBƏSİ MEDİA QARŞISINDA – FOTOSESSİYA

PrimeTime.Az xəbər verir ki, bu gün Türkiyənin TV8 kanalından yayımlanan reytinqli "O ses Türkiye" yarışmasında möhtəşəm performans sərgiləyən Zülfü Əsədzadənin jurnalistlərlə görüşü keçirilib. Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın adı ilə bağlı olan "Bülbüllər" qrupunun solisti elə müəlliminin təşəbbüsü ilə media qarşısına çıxıb. Səmimi ab-havada baş tutan görüşdə Zülfünun mötəbər yarışmasında kifayət qədər zəhməti olan Aybəniz xanımın qızı Aynişan Quliyeva da iştirak edib. Təəssüratlarını həvəslə bölüşən səbəbkarların söylədiklərini oxucularımız üçün yayımlayırıq: Aybəniz Haşımova: -Tələbəm olduğu üçün demirəm, Zülfünün yarışmada iştirakını çox yaxşı dəyərləndirirəm. Özünə də söylədim ki, sən o səhnədə Azərbaycanın əsl klassik ifaçılığını nümayiş etdirdin. Musiqiyə heç bir qatqı etmədən, bəstəkar mahnını necə yazıbsa, elə də oxudun. Bir pedaqoq kimi çox fəxr hissi keçirdim və həmçinin qısqandım da... Ona görə qıqandım ki, uşağımı əlimdən alacaqlar. Təbii ki, zarafat edirəm. Tələbəm, ölməz Cahangir Cahangirovun Zeynal Cabbarzadənin sözlərinə yazdığı "Ay qız" mahnısını oxuyaraq 5 münsif - Sibel Can, Murat Boz, Hadise və Gökhan Hakan qardaşlarını özünə heyran etdi. Sibel Can kimi təkrarsız ulduz, Zülfünün onun komandasına gəlməsi üçün nə qədər səy göstərdi. Elə bil, Sibel Canda özümü, tələbələrimə yanaşdığım doğma münasibəti gördüm. İnşAllah, Zülfü növbəti çıxışında daha yüksək performans sərgiləyər və uğurları ilə bizi sevindirməyə davam edər. Zülfü Əsədzadə: - Təbii ki, səhnədə həyəcan var idi. Çalışırdım ki, ifamı daha yaxşı səsləndirim. Sırf ona görə, çox həyəcanlıydım. Ümumiyyətlə, yarışmada əyləşən münsiflərə təşəkkürümü bildirirəm ki, mənə belə dəyər verdilər. Əvvəlcədən elə Gökhan və Hakanı seçməyi fikirləşmişdim. Ona görə də fikrimdən vaz keçmədim. Aynişan: -Zülfü özü o qədər istedadlıdır ki, onun mənə ehtiyacı yoxdur. Sadəcə mən Zülfüyə mənəvi dəstək olmaq üçün getdim. Yarışmada heç kimin Zülfüyə yaxınlaşmasına icazə vermirdim. Çünki, anam hər zaman mənə deyib ki, səhnəyə çıxmazdan öncə heç kimlə danışma. Mənfi enerjilərini sənə ötürə bilərlər. Deyə bilərəm ki, mən Zülfüdən daha çox həyəcanlı idim. Əgər münsiflərdən kimsə Zülfü üçün dönməsəydi, bu mənə çox pis təsir edərdi. Bir də Zülfü səhnəyə çıxmazdan öncə, orda azan səsləndi və mənə ayan oldu ki, hər şey yaxşı olacaq. Çünki mən də yarışmada iştirak edən zaman belə bir hadisə ilə qarşılaşmışdım. Öz təcrübəmə əsaslanaraq söyləyə bilərəm ki, Zülfünün ürəyi münsiflərdən Gökhan-Hakanı seçməyi istəyibsə, seçsin. Qeyd edək ki, media görüşünün sonuna yaxın, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də məkana təşrif buyurub. O, ölməz Şövkət Ələkbərova məktəbini öz yaradıclığında əks etdirən Aybəniz xanımın sevincini bölüşərək, layiqli tələbələrindən olan Zülfünü təbrik edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ