RU
Aygünün Brillianta cavabı gecikmədi - İkinci raund
14:10
492

Aygünün Brillianta cavabı gecikmədi - İkinci raund

Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasında olan qalmaqal ötən gün daha da alovlanıb.

Axşam.az xəbər verir ki, sosial media hesabında mərhum sənətçi Mirzə Babayevin videosunu paylaşaraq söz atan müğənniyə Aygünün də cavabı gecikməyib.

O da eyni taktikadan istifadə edərək, Mirzə Babayevlə bağlı paylaşım edib və bu sözləri yazıb:

"Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Qeyd edək ki, B.Dadaşova ad çəkməsə də A.Kazımova haqda belə yazmışdı:

"Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən "əsas müğənni” adlandırıldığını da görmədi”.

Aygünün Brillianta cavabı gecikmədi - İkinci raund
Aygünün Brillianta cavabı gecikmədi - İkinci raund
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ