Sentyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-şərq küləyinin axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi bildirilir.
Havanın temperaturu gecə 20-23°, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli olacağı ehtimal edilir.
Bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22°, gündüz 30-35° isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17°, gündüz 21-26° isti təşkil edəcək.








