RU
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
13:50
20

Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı

Pakistanda Xeybər-Paxtunxva əyalətinin ictimai işlər və kommunikasiya naziri Fəzəl Şakur Xan naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

Bu barədə "Dawn" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə Peşəvərdə, M-1 ödənişli avtomagistralının nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata görə, günorta saatlarında mülki geyimdə olan silahlı şəxslər nazirin avtomobilinin qarşısını kəsib və nəqliyyat vasitəsinin təkərlərinə atəş açıblar. Daha sonra onlar Fəzəl Şakur Xanı zorla avtomobildən çıxararaq naməlum istiqamətə aparıblar.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Hazırda insidentin təfərrüatları və nazirin qaçırılmasında əli olan şəxslərin kimliyi müəyyənləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ