RU
“Azəravtoyol”dan bitməyən təmirə bəraət: “Hərəkətə mane yoxdursa, bu, sizi niyə narahat edir?”
14:57
577

“Azəravtoyol”dan bitməyən təmirə bəraət: “Hərəkətə mane yoxdursa, bu, sizi niyə narahat edir?”

DYP-nin Ekologiya postuna çatmamış, Şamaxı istiqamətinə dönən yolayrıcında, o cümlədən də Ceyranbatanda artıq bir ildir ki yollarda davam edən təmir işləri yekunlaşmaq bilmir. Təmir aparılan ərazi çox kiçik olsa da, işlər yekunlaşmaq bilmir. 

Maraqlıdır, səbəb nədir?

"Azəravtayol” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. ASC-dən bildirilib ki təmir işləri yaxın vaxtlarda yekunlaşacaq. İşlərin ləng getməsinin səbəbi isə paytaxtın əsas yollarında görüləcək təbirlərin çox olmasıdır:

"Qeyd etdiyiniz yollarda işlər daxili ehtiyatlar hesabına həyata keçirilir. Ekologiya postuna çatmamış ərazidə təmir işləri heç bir hərəkəti məhdudlaşdırmır. Təmir prosesinin ləng getməsinin səbəbi əsas yollarda davam edən işlərdir. Hərəkətə mane yoxdursa, bu sizi niyə narahat edir?”.

A.Nəcəflinin sözlərinə görə digər ərazidən fərqli olaraq Ceyranbatan ərazisində problem var:

"Ceyranbatan ərazisində isə sözün əsl mənasında problem var. Artıq təmir davam edən əraziyə monolit-beton örtüyü döşənib, işlər yekunlaşmaq üzrədir. Yaxın müddətdə yol istifadəyə veriləcək”. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ