Azərbaycan 33 pillə gerilədi – İnternetdə tısbağa sürəti…

04 Avqust 2019, 13:24
04 Avqust
2019
13:24
465
Kifayət qədər nüfuzlu Cable (cable.co.uk) qurumu yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.
7News.Az xəbər verir ki, Cable 12 ay ərzində 208 ölkə arasında (may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb. Cable bu araşdırmanı apararkən Google, PanetLab və s. bu tip tanınmış qurumlarla əməkdaşlıq edir.
Dünya üzrə İnternetin sürəti ilə bağlı Cable –in 208 ölkə üzrə Reytinq Cədvəlindən bəzi ölkələr üzrə nəticələr :
1. Tayvan , 85 mb/s
2. Sinqapur 70 mb/s
3. Estoniya 31 mb/s
4. Polşa 24 mb/s
5. Belarus 13 mb/s
6. Ukrayna 7.7 mb/s
7. Gürcüstan 7 mb/s
8. Türkiyə 5 mb/s
9. Ermənistan 4.8 mb/s
10. Qazaxstan 4.6 mb/s
11. İran 4.3 mb/s
12. Zambiya 3.1 mb/s
13. Azərbaycan 3.1 mb/s
14. Zimbabve 2.7 mb/s
15. Qırğızıstan 2.5mb/s
16. Özbəkistan 1.3 mb/s
17. Türkmənistan 0.7 mb/s
2019-cu ildə Dünya üzrə orta sürət 11 mb/s olub.
Statistikanı şərh edən texnologiya üzrə ekspert Osman Gündüz deyir ki, bu cədvəldən görsənir ki Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutub. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. "Yəni, ölkəmiz İnternet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır”.

O. Gündüz hər bir Reytinq Cədvəlində subyektivlik ola biləcəyini ddə vurğulayır: "Amma nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurum hesab olunur. Ciddi partnyorları var. Onun nəticələri İT sahəsinin qlobal oyunçuları tərəfindən qəbul edilir.
Əslində mənim üçün də, elə sektorda olan çoxları üçün də bu nəticələr gözlənilən idi. Çünki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi son iki ildə olduqca konservativ və səhv siyasət yürüdür. Genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb. Bunu etiraf eləməkdən də çəkinmirlər.
Nazirlik deyir ki hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sisteminə yaxın buraxmır.
Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib.
Sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yükəslib. Azercell dövlətləşəndən sonra hiss olunur ki nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.
50% internet bazarını ələ keçirən dövlət provayderləri bundan doymayaraq, yeni infrastruktur yaratmaq əvəzinə, köhnələri ələ keçirir. NRYTN tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini "oğurlamaqla” məşğuldur.
Regionlarda infrastruktur zəif inkişaf etdirilir. Alternativlər yoxdur. Elə bir neçə gün öncə Balakəndə adi bir texniki problem nəticəsində 7 saat İnternet olmadı.
İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm. Bu yuxarıdakı statistika Sizə necə təsir edir? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika?
Əgər özəl Provayderləri Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiz, onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız, regionlarda normal infrastruktur qurulsaydı, özəl backbone provaydrein 70% -lik qiymət endirimini blokadaya almasaydınız, bu nəticələr necə dəyişə bilərdi?
Ümid edirəm hökumət cavabdeh şəxslərdən hesabat tələb edəcək”.
Ekspert bildirir ki, Strateji Yol Xəritəsinnin icrası ilə bağlı son Hesabatlarda da Nazirliyin vəziyyəti yaxşı görsənmir. Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıdır. "Bu sənədə görə gələn il NRYTN-nin tənzimləyici səlahiyyətləri əlindən alınmalı və Müstəqil Tənzimləyici qurum - Milli Telekommunikasiya Şurası yaradılmalıdır”.
7News.Az
Xəbər lenti
-
10:12Sürücülərin NƏZƏRİNƏ: Yollarda yeni nişanlar olacaq - VİDEO
-
10:10Azərbaycanlı model ağılları başdan aldı - FOTO
-
10:03Cazibədar müğənni də deputat olmaq istəyir: Milli Məclisin önündən FOTO
-
10:00Qaxda ailə bələdiyyələri: oğul atasının, kürəkən qaynatasının sədr olduğu məntəqədən bələdiyyəyə namizəddir
-
09:50AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ “BEYNƏLXALQ KÖNÜLLÜLƏR GÜNÜ” MÜNASİBƏTİLƏ AĞSTAFA VƏ TOVUZ RAYONLARINDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRDİ
-
21:27Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib
-
19:29Azərbaycan efirində biabırçılıq: Müğənni erotik hərəkət etdi,aparıcı utandı (VİDEO)
-
19:24Gecə saatlarında küçədə qadının başına oyun açdı: Hadisə kameraya düşdü
-
19:16Növbədənkənar parlament seçkiləri üzrə təşviqat kampaniyası yanvarın 17-də başlayacaq
-
19:11“Kommunal xərclərin artırılması Azərbaycanın inkişafına töhfə verəcək” - Rüfət Quliyev
-
17:18Ağsuda namus üstə cinayət: qardaşı arvadını kəndirlə boğdu
-
15:35Kürdəmirdə: Kiçik həcmli avtobuslarda şagirdlər bir-birinin belində gedir
-
15:33Eldar Mahmudovun oğlu Anar Mahmudovun Britaniyadakı çiçəklənən biznesi
-
15:28“İcra başçısının adamları Müalicə-Diaqnostika Mərkəzini döyüş meydanına çeviriblər”
-
15:23Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar… – İşini düzgün qurmayan icra başçıları kimlərdir?
-
15:14Ağsu sakini: “Rüşvət vermədiyim üçün evimi tikən yoxdur” – VİDEO
-
14:00Astarada qadının çantasını oğurlayıb qaçdılar - FOTO
-
13:50Nigar Camal milli futbolçumuzla görüntüləndi – Video
-
13:30Saç boyası xərçəng riskini artırır - Qadınlara xəbərdarlıq
-
13:17“Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir
-
13:15"Survivor"un qadın iştirakçısı əxlaqsız hərəkəti ilə gündəmdə - FOTO
-
13:11Elnur Aslanov siyasi meydana qayıdır – PA, yoxsa Parlament?
-
13:00Azərbaycanda BİABIRÇILIQ - Gənci soyundurub kafenin qarşısına atdılar - FOTOLAR
-
12:50“Azərişıq” ASC-nin məmurlarından şikayət
-
12:402020-ci ildə bu bürclər varlanacaq – Ulduzlardan xəbər
-
12:30Dekabrda bu serialları izləyin - BBC Beren Saatı seçdi
-
12:20Avtomobili piyadaların üstünə sürdü: Ölənlər var
-
12:19Erotik fantaziyasına görə 63 kq arıqlayan qadın görənləri təəccübləndirir - FOTO
-
12:10Şəmkirdə 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb - VİDEO
-
12:00Dünyanın ən bahalı Yeni il yolkası quraşdırıldı
-
11:50Ən məşhur məktəblidən etiraf: İqlim böhranına məhəl qoymurlar
-
11:40Füzulidə 50 yaşlı kişi kəsdiyi ağacın altında qalıb, vəziyyəti ağırdır
-
11:32Əməkdar artistin qadınlardan intim təkliflər alan oğlu arıqlayıb BU HALA DÜŞDÜ - FOTO
-
11:30Divara yapışdırılmış banan 120 minə satıldı - FOTO
-
11:29Yevda Abramovun dəfn mərasiminin gecikməsinin səbəbi açıqlandı
-
11:24"SƏLİS jurnalist" Müsabiqəsinin Təşkilat Komitəsindən: 9 yer uğurunda 51 nəfər mübarizə aparır
-
11:20Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlılar xilas edildi - FOTO
-
11:10Ancelina Coli və Bred Pittin qızı cinsiyyət dəyişdirir - FOTO
-
11:00Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşdü - FOTO
-
10:50Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın tezliyi satışa çıxarıldı
08 Dekabr 2019
07 Dekabr 2019