Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Bununla bağlı AMEA-nın rəsmi saytı lumat yayıb. 

Bildirilib ki, alimlərin hazırladıqları iki təkərli tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda, aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

7News.Az

Xəbər lenti