RU
Azərbaycan bayrağı otelin önündə asıldı - Video
12:50
404

Azərbaycan bayrağı otelin önündə asıldı - Video

Türkiyənin Antalya bölgəsində yerləşən Lumos Deluxe Resort otelinin önündə bir sıra dövlətlərin bayraqları asılsa da, Azərbaycan bayrağı olmayıb.

Bu haqda "Yeni Sabah”a həmin oteldə qonaq olan azərbaycanlı Kənan Balıyev məlumat verib.

O, bildirib ki, bu durumu avqustun 27-də müşahidə edib. Dərhal otelin meneceri Ramazan Cam ilə görüşüb və həmin bayraqlar arasında Azərbaycan bayrağını da görmək istədiyini bildirib.

Otel rəhbərliyi vətəndaşımızın istəyinə sayğı ilə yanaşıb və bir gün sonra Azərbaycan bayrağı da binanın önündə dalğalanmağa başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ