RU
Ərdoğan İrəvana getməyəcək
14:50
77

Ərdoğan İrəvana getməyəcək

Bu ilin may ayının 4-də İrəvanda Avropa Siyasi Birliyinin VIII zirvə toplantısı keçiriləcək. Tədbirə bir çox ölkə liderləri qatılacaq.

Ermənistan Baş naziri Nikol Paşinyan zirvə toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da dəvət edib.

Türkiyə Prezidentinin İrəvana gedib-getməyəcəyi maraq doğurur.

 Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident Ərdoğanın İrəvana səfəri baş tutmayacağını bildirib.

"İrəvanda Avropa Siyasi Birliyinin VIII toplantısı mayın 4-də baş tutacaq. Tədbir çox az bir müddət qalıb. Cənab Prezidentimiz Rəcəb Tayyip Ərdoğanın toplantıda iştirak üçün İrəvana səfər etməsi mümkün görünmür",-deyə Ş.Ayrım vurğulayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ