Qırğızıstanda daşqınlar nəticəsində bir sıra yaşayış məntəqələrində elektrik təchizatı kəsilib və evlərə ciddi ziyan dəyib.
Bu barədə "Sputnik Kırgızıstan" məlumat yayıb.
Məlumata görə, ölkənin üçüncü böyük şəhəri olan Manasda 39 ev və sosial obyekt su altında qalıb. Təbii fəlakətin nəticələrini 200-dən çox canlı qüvvə və xüsusi texnika aradan qaldırır.
Ölkənin digər bölgələrində də daşqınlar yaşayış evlərinə və sosial obyektlərə ziyan vurub.
Qırğızıstanın bəzi bölgələrində yaxın iki gün ərzində proqnozlaşdırılan güclü leysan yağışları səbəbindən əhaliyə xəbərdarlıq edilib.








