RU
Azərbaycan Ermənistana 90 min avro ödəyib
11:40
91

Azərbaycan Ermənistana 90 min avro ödəyib

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib. 

7News.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib.

"2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, deyə komitədən bildirilib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Törəmə şirkət olan "Buta Airways" də bu marşrut üzrə uçuşlar həyata keçirib və 2023-cü ilin oktyabrında AZAL-la birləşib.

2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ