RU
Azərbaycan və Mahaçqala arasında aviareys açıla bilər
16:50
153

Azərbaycan və Mahaçqala arasında aviareys açıla bilər

Rusiyanın Dağıstan bölgəsinin Mahaçqala Beynəlxalq Hava Limanından Azərbaycanın aeroportlarına aviareyslər açıla bilər.

7News.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Dağıstan aeroportu Azərbaycandan başqa Belarus, eləcə də Rusiyanın Novokuznetsk və Orenburq şəhərləri istiqamətində uçuş coğrafiyasını genişləndirmək istəyir. Hələlik isə Mahaçqaladan İsrailə, eləcə də Sibirin iri şəhərlərindən biri- Krasnoyarska birbaşa uçuşların başlanacağı elan edib.

Mahaçqala Beynəlxalq Hava Limanı bu il azı 2,8 milyon sərnişin qəbul etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 12% çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ