RU
AZƏRBAYCANA GÜCLÜ LEYSAN, DOLU VƏ SEL TƏHLÜKƏSİ GƏLİR! – ƏN RİSKLİ SAATLAR AÇIQLANDI
21:41
35

AZƏRBAYCANA GÜCLÜ LEYSAN, DOLU VƏ SEL TƏHLÜKƏSİ GƏLİR! – ƏN RİSKLİ SAATLAR AÇIQLANDI


Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Avqustun 30-u axşam saatlarından sentyabrın 1-i səhərədək ölkə ərazisində qeyri-sabit və təhlükəli hava şəraiti müşahidə oluna bilər.
Bakı və Abşeron yarımadasında yağış yağacağı, bəzi ərazilərdə isə şimşək çaxacağı gözlənilir.
Ən riskli vaxt avqustun 31-i axşam saatları hesab olunur. Həmin vaxt yağıntının intensivləşəcəyi və qısamüddətli güclü leysan yağışlarının olacağı bildirilir.
Rayonlarda da hava şəraiti sabit olmayacaq. Fasilələrlə güclü yağış yağacağı, şimşək çaxacağı, bəzi ərazilərə dolu düşəcəyi ehtimal edilir.
Əsas təhlükənin isə dağlıq və dağətəyi bölgələrdə olacağı gözlənilir. Güclü yağıntılar çaylarda suyun səviyyəsinin qalxmasına, bəzi dağ çaylarından qəfil sel keçməsinə səbəb ola bilər.
Qeyri-sabit hava şəraiti sentyabrın 1-dək davam edəcək. Bu tarixlərdə səfərə çıxacaq və açıq havada fəaliyyət göstərəcək şəxslərə hava proqnozunu diqqətlə izləmək tövsiyə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ