RU
Azərbaycanda at- eşşək əti hara və necə basdırılır? - “Ət sahibi yerı qazır, əti daşıyır, üzərinə...”
16:06
588

Azərbaycanda at- eşşək əti hara və necə basdırılır? - “Ət sahibi yerı qazır, əti daşıyır, üzərinə...”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) davamlı olaraq müxtəlif ərazilərdə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə baytarlıq nəzarətinin davam etdirir. 

Bu yaxınlarda Şəki rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətə baxış keçiriblər. Baxış zamanı həyətdə mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, antisanitar şəraitdə kəsilərək soyulmuş 1 baş iribuynuzlu heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib.

Maraqlıdır ki, aşkarlanan bu zərərli ət məhsullarının son taleyi necə olur? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. O bildirib ki, aşkarlanan və bakterioloji çirklənməyə məruz qalan, leş heyvan ətləri baytarlıq qanunvericiliyinə uyğun zərərsizləşdirilir: "Aşkar edilmiş cəmdəkdən və daxili orqanlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilir”. 

Y.Xanvəli qeyd edib ki, sağlamlığı təhlükə törədən, qida üçün yarasız hesab edilən ət məhsullarını zərərsizləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xüsisi yer ayrılır: "Baytarlıq mütəxəssisləri zərərsizləşdirmə təbirinə nəzarət edir. Yerin qazılması, heyvan cəmdəklərinin daşınması prosesi isə heyvan sahibinin hesabına aparılır. Baytarlıq Xidmətinin əməkdaşları yalnız cəmdəklərin zərərsizləşdirilməsinə nəzarət edir. Zərərsizləşdirmə zamanı cəmdəyin və ət məhsullarının üzərinə kaustuk soda (natrium korbanat) və formalin(aormaldehid) məhlulu tökülür. Qısa zaman ərzində, yəni 5-10 dəqiqə ərzində bu maddələr əti və ət məhsulunu tam zərərsizləşdirir. Onun yerdən çıxarılmasını mümkünsüz olur”. 

Y.Xanvəli media nümayəndələrinin bu prosesdə iştirakına da münasibət bildirib. O qeyd edib ki, medianın bu cür tədbirlərə devət edilməsində heç bir poblem yoxdur: "Bu kimi tədbirlə çox vaxt elə KİV- nümayəndələrinin iştirakı ilə aparılıb”. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ