>
RU
lombard
Azərbaycanda avqustda avtomobil istehsalı kəskin artıb
23:00
2555

Azərbaycanda avqustda avtomobil istehsalı kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 214 vahid minik avtomobili istehsal olunub.

7NEWS.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% çoxdur.

Təkcə avqust ayında 274 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 89% çoxdur. Sentyabrın 1-nə hazır avtomobil ehtiyatı 239 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız ötən ilin iyununda bərpa olunub.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ