RU
Azərbaycanda bu yolda 30 santimetr qar var – Yalnız bu maşınlar hərəkət edə bilir
10:50
345

Azərbaycanda bu yolda 30 santimetr qar var – Yalnız bu maşınlar hərəkət edə bilir

Azərbaycanda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi yollarda hərəkət çətinləşib.

Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, Şamaxı-Ağsu və Muğanlı İsmayıllı yollarında yalnız hər iki oxu ötürücü olan nəqliyyat vasitələri (ofroderlər) hərəkət edə bilir. Belə ki, Muğanlı İsmayıllı yolunun 138-ci kilometrliyində və Ağsu dolaylarında yolun hərəkət hissəsində qarın hündürlüyü 30 santimetrə çatıb.

Bundan başqa Bakı-Şamaxı, Şamaxı-Pirqulu yollarında da hərəkət çətinləşib. Qarın yolun hərəkət zolaqlarını tutuması nəticəsində minik avtomobillərinin bu istiqamətlərdə səfərə çıxmaması tövsiyə edilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ