Azərbaycanda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi yollarda hərəkət çətinləşib.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, Şamaxı-Ağsu və Muğanlı İsmayıllı yollarında yalnız hər iki oxu ötürücü olan nəqliyyat vasitələri (ofroderlər) hərəkət edə bilir. Belə ki, Muğanlı İsmayıllı yolunun 138-ci kilometrliyində və Ağsu dolaylarında yolun hərəkət hissəsində qarın hündürlüyü 30 santimetrə çatıb.
Bundan başqa Bakı-Şamaxı, Şamaxı-Pirqulu yollarında da hərəkət çətinləşib. Qarın yolun hərəkət zolaqlarını tutuması nəticəsində minik avtomobillərinin bu istiqamətlərdə səfərə çıxmaması tövsiyə edilir.
7News.Az








