RU
lombard
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 80 yeni yoluxma - FOTO
16:40
77

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 80 yeni yoluxma - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5542, ötən müddət ərzində isə ümumilikdə 1 121290 test aparılıb.

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ