RU
Bakıda şagirdə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb
14:00
24

Bakıda şagirdə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb

Bakıda orta məktəbin IX sinif şagirdinin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb.

 Yasamal rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, aprelin 20-də yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ