Xəbər verdiyimiz kimi, Bərdə rayonunda 7-ci sinif şagirdi, 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb. Belə ki, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
7News.Az Azərbaycanda enerji içkisindən ölən və xətəxanaya müraciət edənləri təqdim edir:
-Goranboyda 14 yaşlı məktəbli enerji içkisindən öldü.
Rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə enerji içkisinin səbəb olduğunu iddia ediblər: "Xəyal Qəhrəmanov idmana gedirdi. Onu yarışa girməzdən əvvəl "Hell" içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı".
Mütəmadi olaraq idmanla məşğul olduğu deyilən yeniyetmənin ölüm səbəbi haqda sosial şəbəkədə də məlumat paylaşılıb.
Cəsəd ekspertiza üçün Bakıya gətirildikdə yeniyetmənin qanında yad maddələr aşkarlanıb. Məlum olub ki, uşaq hər gün 2 ədəd enerjisi içkisi içirmiş.
-Bakıda enerji içkisi gənci xəstəxanalıq etdi.
Azərbaycanda mobil oyunların qurucusu Fariz Əkbərov xəstəxanaya yerləşdirilib. Buna səbəb enerji içkisini qəbul etməsi olub. O, gecə saatlarında səhhətində yaranan problemə görə xəstəxanaya müraciət edib. Bununla əlaqədar Fariz Əkbərovun damarına sistem köçürülüb.
O, başına gələn hadisədən sonra hamını enerji içkilərindən uzaq durmağa çağırıb.
- Nərimanov rayonunda yerləşən "Caspian Business Otel"də İraq Respublikasının vətəndaşı dünyasını dəyişib.
1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib.
Onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsi və enerji içkiləri olub.
7News.Az