RU
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
17:30
23

Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA

2020-ci ilin noyabr ayından 2026-cı il avqustun 20-dək Azərbaycanda 436 nəfər mina qurbanı olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirib ki, mina hadisələri nəticəsində 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, 2026-cı ildə indiyədək 18 mina hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində ümumilikdə 21 nəfər həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina hadisələri əsasən Ağdam, Füzuli, Ağdərə və Kəlbəcər rayonları istiqamətində baş verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ