Azərbaycanda quzu əti bahalaşıb. Bakı və rayonlarda quzu ətinin bir kilosu 20 manata təklif olunur. Bir neçə gün öncə isə quzu ətinin qiyməti 16-17 manat arası dəyişirdi. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyib.