RU
Azərbaycanda toyda ölüm
11:48
2451

Azərbaycanda toyda ölüm

Astara sakini toyda ölüb. 

Rayonun Şahağacı kəndinin sakini, 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun qəfildən halı pisləşib.

O, iştirak etdiyi toy məclisində dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, mərhumun ürəyində qüsur olub. 

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 

7news.az

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ