Azərbaycanlı aktyor Bollivud filminə baş rola çəkilir

Azərbaycanlı aktyor Bollivud filminə baş rola çəkilir

Azərbaycanlı aktyor Cavanşir Hadıyev Bollivud filmində baş rolda oynayacaq.

7News.Az xəbər verir ki, bu barədə aktyor özü kulis.az-a məlumat verib.

Cavanşir Hadıyev açıqlamasında Bollivud kinematoqrafçıları ilə müqavilə imzaladığını deyib.
Aktyor filmin müştərək olmadığını, sırf Bollivud istehsalı olan 2 seriyalı kriminal-dram-döyüş janrında olacağını söyləyib:

"Hələlik filmin işçi adı yoxdur. Mən bu filmdə kəşmirlilərin qəhrəmanı Abu-Həmzəni canlandıracağam. Abu Həmzə Hindistan hökümətilə mübarizə aparır və filmdə o müsbət obraz kimi təqdim olunur. Film hind dilində olsa da mənim qəhrəmanım urdu dilində danışır. Çəkilişlər Azərbaycanda, Qazaxıstanda, Hindistanda və Dağıstanda aparılacaq. Həmçinin filmdə Bollivud ulduzlarından biri də iştirak edəcək. Filmin rejissoru isə heyətdə yeganə müsəlman Əhməd İbrahimdir".

 

7News.Az

Xəbər lenti