İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 17-18-də keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında iştirak etmək üçün Bağdada yola düşüb.
Bu barədə "Al Jazeera" məlumat yayıb.
Telekanalın məlumatına görə, o, səfər çərçivəsində bir sıra iştirakçı ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə ikitərəfli danışıqlar da aparacaq.
İƏT Xarici İşlər Nazirləri Şurasının iclası "Dialoq və həmrəylik - sülhə və dayanıqlı inkişafa dəstəyin iki əsas təməli" devizi altında keçiriləcək.
Görüş ABŞ və İsrailin İranla münasibətlərində davam edən gərginlik, eləcə də Yəməndə vəziyyətin kəskinləşməsi fonunda keçiriləcək.








