Belqorod vilayətində dron hücumları nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb
Rusiyanın Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində bir qadın ölüb, bir kişi yaralanıb.
Bu barədə vilayətin operativ qərargahı "Max” platformasında məlumat yayıb.
Bildirilib ki, Şebekino şəhərində minik avtomobilinə dron hücumu nəticəsində bir qadın həlak olub. Hücum nəticəsində avtomobilə də ziyan dəyib.
Şebekino dairəsinin Voznesenovka kəndində isə dron hücumu nəticəsində bir kişi xəsarət alıb.








