RU
Azərbaycanlı məşhur klarnet ustası şəhidlərə görə ad günü keçirməyəcək
15:55
1524

Azərbaycanlı məşhur klarnet ustası şəhidlərə görə ad günü keçirməyəcək


Bu gün məşhur klarnet ustası Hüseyn Məhəmmədoğlunun ad günüdür. İfaçı şəhidlərimizə görə doğum gününü qeyd etməyəcək.


Bunu açıqlamasında H.Məhəmmədoğlu özü bildirib:

"Heç kim məndən inciməsin. Ad günümü keçirmirəm. Şəhid olan olan hərbi qulluqçularımıza görə doğum günümü keçirmək istəmirəm". 

Qeyd edək ki, fevralın 25-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu şəhid olub.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ