Cənubi koreyalı Marqarita Soyla ilə ailə quran və Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalov ata olacağını elan edib. O, bu münasibətlə özünə "Porsche 911 (992)” hədiyyə alıb.
Bu barədə cütlüyün "Instagram” səhifələrindən məlum olub.
"Beləliklə dostlar, sizə iki xəbər vermək istəyirəm. Birinci xəbər - mənim xəyallarım gerçəkləşdi… "Porsche 911 (992)” ilə tanış olun. Siyahıda ikinci, həyatımda önəminə görə isə birinci xəbərim odur ki, ata olacağam. Xanımımı, ailəmi dəlicəsinə sevirəm”, - deyə E.Zeynalov bildirib.
Marqarita Soy da "Instagram” hesabında bu sevincli xəbəri bölüşüb.
"Bu fotoda sənin üç qızın var - Sən ən yaxşı ər, ata və sahibsən. Səni sevir və səninlə fəxr edirəm”, - deyə M.Soy yazıb./oxu








