7News.Az xəbər verir ki, aparıcı Tarix Əliyev cütlüyə necə tanış olduqları barədə sual ünvanlayıb.
Tahir mövzu ilə bağlı açıqlama verib:
"İlk tanışlığımız Minanın instaqram hesabına yazmağımla başladı. İşlə bağlı yazmışdım. Mahnılar göndərdim ki, seçsin. Mina da nömrəsin özü verdi ki, "WhatsApp” vasitəsilə ona göndərim. Çünki qulaq mahnılara asmalı idi”.
Daha sonra Mina da münasibətini bildirib:
"Tahir mahnılar göndərmişdi. Mən də birini seçdim. Əvvəlcə instaqramda danışdıq amma sonra mahnıya qulaq asmalıydım deyə, "WhatsApp”a keçdik. Həm də gördüm yaraşıqlı oğlandı, xoşuma gəldi. Mahnını ifa etmişik artıq. Klip də çəkdirəcəyik".
Qeyd edək ki, Mina bildirib ki, Tahir ilə münasibəti sadəcə iş birliyindən ibarətdir. Tahirin eşq elan etməsi isə layihəyə görə olub.
7News.Az








