RU
12:04
433

"Azəriqaz" XƏBƏRDARLIQ ETDİ, ölkədə istilik sistemi tez kəsildi - Açıqlama

Aprelin 13-ü, günorta saatlarından etibarən Bakının bəzi ərazilərində "Azəristiliktəchizat”ASC tərəfindən mənzillərə verilən istilik kəsilib.

İstilik təchizatının aprelin 15-də dayandırılması nəzərdə tutulsa da, "Azəristiliktəchizat” iki gün tez bu addımı atmağa başlayıb.

Redaksiyamıza daxil olan şikayətlərə əsasən, paytaxtın Suraxanı rayonu Qaraçuxur, Bakıxanov, Yeni Günəşli qəsəbələrində də istilik sistemi kəsilib.

İstilik təchizatının vaxtından tez dayandırılmasının səbəbini aidiyyatı qurumla aydınlaşdırmaq qərarına gəldik.

"Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Big.az-ın müxbiri ilə söhbətində mənzillərə verilən istiliyin kəsilməsini belə izah edib:

"Azəriqaz”dan bizim quruma xəbərdarlıq gəldi ki, bəzi yerlərdə qaz verilməsində məhdudiyyətlər olacaq. Buna görə biz də məcbur olub, bəzi qazanxanaların işini dayandırası olduq. Təbii ki, bu hal bütün qazanxanalara şamil edilmir. İstənilən halda, artıq sabahdan (aprelin 15-i-red) ölkədə istilik sistemi təchizatının müddəti bitir. İstilik verilməsi cari ilin noyabrın 15-də olacaq”. 

Qeyd edək ki, ölkəmizdə istilik sistemi ilə təchizat 5 ay - noyabrın 15-dən aprelin 15-nə kimi nəzərdə tutulub.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ