Müğənni Nadir Qafarzadənin "AzTv"nin efirlərinə çıxmasına qadağa qoyulub. BiG.AZ xəbər verir ki, müğənni bu barədə instaqram hesabında video paylaşıb. O, bildirib ki, "Eyvana çıx" proqramın sonuncu buraxılışına dəvət olunsa da, sonradan zəng edib efirdə dəyişiklik olduğunu deyiblər Nadir videonu paylaşaraq: "Allah, bizi bizdən qorusun! Ömür boyu haqsızlıqla üzləşdim! Sapı özümüzdən olan, özümüzü kəsən baltalar!" şərhini yazıb.