Məktəbli qızlara təcavüz etməkdə təqsirləndirilən sabiq deputat və müəllim barəsində qaldırılan cinayət işi başa çatmaq üzrədir. Onların 10-13 yaş arasında məktəbli qızları zorladığı faktı ortaya çıxıb.
Hadisə Yakutiyada baş verib.
Sabiq deputat və müəllim Maksim Mestnikovun 14 yaşına çatmamış uşaqlara qarşı cinsi xarakterli zorakılıq hərəkətləri törətmələri ilə bağlı qaldırılan cinayət işi başa çatıb.
İstintaqın məlumatına görə, sabiq deputatın 2018-ci ildən 2021-ci ilin martına qədər iki şəhər məktəbində oxuyan 10-13 yaşlı səkkiz məktəbli qıza qarşı cinsi zorakılıq həyata keçirdiyi bəlli olub.
Keçmiş deputat və müəllimin çalışdığı dərnəyin ümumi əhatə dairəsi 150 uşaqdan çoxdur.
Təqsirləndirilən şəxs cinayət hadisəsini boynuna almasa da, ortada yetərincə faktlar mövcuddur.
Təqsirləndirilən şəxs hazırda həbsdədir. Onu uzunmüddətli həbs cəzası gözləyir./olke
7NEWS.Az








