Türkiyədə 5 yaşlı uşaq baxçada müəllimi tərəfindən döyülüb.
Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryada yaşayan ata uşağını bağçadan götürərəkmevə aparıb. Yolda 5 yaşlı oğlu M.U müəlliminin onu itələdiyini söyləyib.
Övladının döyülməsindən əsəbləşən ata baxçaya geri qayıdıb. Baxçadakı kamerada müəllimin hərəkətlərini izləyən ata şoka düşüb.
Görüntülərdə 5 yaşlı M.U-nun hovuzda oynayarkən müəllimi tərəfindən sürükləndiyi müəyyən olunub.
Övladının döyülməsi ilə bağlı ata bağça və müəllim barəsində polisə şikayət ərizəsi verib.
7NEWS.Az








