RU
Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım var
09:56
435

Badamdar sürüşmə sahəsində çatların ölçüsündə nisbi artım var

30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Bu barədə 7News.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb. 

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. 

Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ