Badamdar sürüşmə sahəsində evlərin divarında yeni çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan 7News.Az-a verilən məlumata görə sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalır.
"Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb”, - deyə Qərargahdan bildirilib.
7News.Az








