RU
Badamdarda sürüşmə evlərin hasarlarına yaxınlaşır
15:09
422

Badamdarda sürüşmə evlərin hasarlarına yaxınlaşır

Badamdarda sürüşmə zonasındakı çatlar gözlə görünəcək qədər artıb.

7News.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovdeyib.

Onun sözlərinə görə, ərazinin 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür:

"Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Evlərin hasarları istiqamətində yaxınlaşmalar var”.

Əziz Qaralov qeyd edib ki, sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ