Seysmoloji Xidmət Mərkəzi Badamdar şosesinə mobil seysmik stansiyalar quraşdırıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən 7News.Az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonunda , Badamdar 20-ci sahə şosesində baş verən sürüşmə ilə bağlı mərkəz əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər.
Hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.
Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra, ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq,hökümətə təqdim ediləcək.
7News.Az










