RU
Bakı merindən təyinatlar: Kərimov başqa vəzifəyə getdi, yeni katib gəldi
10:11
377

Bakı merindən təyinatlar: Kərimov başqa vəzifəyə getdi, yeni katib gəldi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

7News.Az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyinat alıb.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ