RU
Bakı meriyası: Sürüşmə zonasındakı tikililərin sahibləri məsuliyyət daşıyırlar
13:51
277

Bakı meriyası: Sürüşmə zonasındakı tikililərin sahibləri məsuliyyət daşıyırlar

Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilmişdir.

Bu barədə 7News.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

"Yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır”, - deyə məlumatda qeyd olunur.

BŞİH-in məlumatında qeyd olunur ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki iki obyektin fəaliyyəti dayandırılıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ