Bakı və Sumqayıtın bəzi ərazilərində iyunun 22-də planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsində, eləcə də Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Eyni saatlarda Nizami rayonunda yerləşən transformator məntəqəsində həyata keçiriləcək təmir və texniki baxış işləri ilə əlaqədar Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələri də işıqsız qalacaq.
Bundan başqa, Sumqayıt Elektrik Şəbəkəsinin balansında olan 110/10 kV-luq "Sumqayıt" yarımstansiyasından qidalanan 14 və 16-cı şəhər fiderlərində yenidənqurma işləri aparılacaq. Layihə çərçivəsində elektrik xətləri yenilənəcək və yeni özünüdaşıyan izolyasiyalı naqillər çəkiləcək.
Bu səbəbdən saat 11:00-dan 15:00-dək Sumqayıt şəhərinin 20-ci və 21-ci mikrorayonlarında, həmçinin 50-53-cü məhəllələrin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qurum sakinlərdən yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.








