RU
Ukrayna Voronejə raket zərbəsi endirib, güclü yanğın başlayıb
14:20
26

Ukrayna Voronejə raket zərbəsi endirib, güclü yanğın başlayıb

Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbəsi endirib, güclü yanğın başlayıb.

Bu barədə "RBK-Ukraine” sosial şəbəkələrdəki video materiallara əsaslanaraq məlumat yayıb.

İlkin məlumatlara görə, şəhərə bir neçə "Storm Shadow” qanadlı raketinin düşdüyü bildirilir.

Ukraynanın "Exilenova” resursunun məlumatına əsasən, hücumun hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar Zavodu ola bilər.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik məlumat yaymayıb.

Hücumun nəticələri və hədəfin dəqiq müəyyənləşdirilməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ