Paytaxtın Nərimanov rayonunda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.
7News.Az-ın məlumatına görə, Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsi, ev 124, mənzil 36 ünvanında kirayədə yaşayan, Tovuz rayon sakini, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızının meyiti yaşadığı evin hamam otağında aşkarlanıb.
A.Camalovanın hamam otağında dəm qazından boğularaq öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








