RU
Bakıda 50 yaşlı qadın qətlə yetirilib, meyiti Qusarda meşəyə atılıb
18:34
95

Bakıda 50 yaşlı qadın qətlə yetirilib, meyiti Qusarda meşəyə atılıb

Qusar rayonunda meşədə meyit tapılıb.

Sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi "Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ